Untitled Document
1993-1994-cü tədris ilindən fəaliyyətə başlayan Lənkəran Özəl Türk liseyi Cəlilabaddan Astarayadək böyük bir ərazidə böyüməkdə olan yeni nəslə təlim-tərbiyə xidməti göstərir. İlk gündən şəhər rəhbərliyi tərəfindən etibar görən məktəb kollektivi Respublikanın bu cənub bölgəsində dünya standartlarında təlim-tərbiyə müəssisəsi olmaq üçün fədakarlıqla işləyir. Qısa müddət ərzində bölgədə ailə və ictimaiyyətlə sıx əlaqə qurmaqla əhalinin rəğbətini qazanmağı bacaran məktəbin pedaqoji kollektivi təlimin ən müasir vasitələrindən istifadə etməklə qarşıda duran vəzifələri şərəflə yerinə yetirirlər.

Ən müasir təlim vasitələri təmin olunan liseydə şagirdlərə müasir tələblər səviyyəsində xidmət göstərməyin nə demək olduğunu özündə nümayiş etdirir. Lakin ən əsası, liseyin öz peşəsini sevən, hər bir şagirdə sevgi ilə, şəfqətllə yanaşan müəllim və tərbiyəçi kadrları vardır. Məktəbin indiyədək qazandığı bütün uğurların təməlində də bu iki əsas – maddi və mənəvi zənginlik dayanır.

Bütün bunların nəticəsidir ki, lisey Respublika və Beynəlxalq fənn olimpiadalarının fəal iştirakçısıdır. Lənkəran Özəl Türk Liseyinin şagirdləri ölkəmizi Beynəlxalq fənn olimpiada və digər yarışlarında ləyaqətlə təmsil edirlər. Bunu məktəbin stendlərini bəzəyən çox sayda qızıl, gümüş və bürünc medullar əyani olaraq nümayiş etdirir.

Şagirdlərin ali məktəblərə qəbul imtahanlarına hazırlaşmaq üçün repetitora, yaxud hazırlıq kursuna ehtiyac yoxdur. Məktəbdə bu məqsədlə xüsusi proqramla iş aparılır. Bunun nəticəsidir ki, liseyin yetişdirdiyi məzunların sorağı bu gün dünyanın dörd bir yanından gəlir. Onlar məktəb sıraları arxasında qazandıqları bilik və bacarıqlarını dünyanın ən məşhur universitetlərində davam etdirir, məzun olanlar istehsal sahələrində, təhsilini davam etdirənlər yüksək təhsil göstəriciləri ilə vətənə xidmət edirlər.

Lənkəran Özəl Türk Liseyi
Lənkəran şəh. H. Abdullayəv küç. 19.
Tel:(+994 171) 5 09 39
Fax:(+994 171) 5 09 35
e-mail: lenkeran@cag.edu.az